Monteneqroda azərbaycanlının adı keçən hadisə: 45 nəfər saxlanıldı, 8-i deport edildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Monteneqronun paytaxtı Podqoritsada, Zabjelo məhəlləsində oktyabrın 25-də baş verən bıçaqlanma hadisəsində Azərbaycan vətəndaşının da adı keçir.
Milli.Az xəbər verir ki, yayılan xəbərlərdə hadisənin Azərbaycan və Türkiyə vətəndaşları tərəfindən törədildiyi bildirilir.
Polis açıqlamasında qeyd olunub ki, bıçaqlanmadan sonra şübhəlilər - 31 yaşlı Azərbaycan vətəndaşı Y.G. və 54 yaşlı Türkiyə vətəndaşı N.D. saxlanılıb.
Monteneqro mətbuatında yer alan xəbərlərə görə, polis həmçinin daha 45 Türkiyə vətəndaşını da saxlayıb. Ümumilikdə, 45 nəfər müvəqqəti olaraq polis nəzarətinə alınıb, onlardan 8 nəfər deportasiya edilib, 2 nəfərə isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
Hadisədən sonra Azərbaycan və Türkiyə icmalarına qarşı etiraz aksiyaları və hücum cəhdləri qeydə alınıb.
Türkiyə Xarici İşlər Nazirliyi insident barədə bəyanat yayıb:
"Ötən həftə sonu Monteneqroda vətəndaşlarımıza da təsir edən bəzi təəssüf doğuran hadisələr baş verdi.Hadisələr başladıqdan dərhal sonra Monteneqro hakimiyyəti ilə əlaqə quruldu və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüldü.Hadisələr bütün aspektləri ilə yaxından izlənilir və Monteneqro hakimiyyəti ilə əlaqə və koordinasiya fasiləsiz davam edir" .
Qeyd edək ki, Baş nazir Miloyko Spayiç isə artan gərginlik səbəbilə Türkiyə vətəndaşlarına vizasız girişin müvəqqəti dayandırıldığını açıqlayıb.
Xatırladaq ki, oktyabrın 16-da Monteneqro polisi Podqoritsa sakinini bıçaqlamaqda şübhəli bilinən iki Türkiyə vətəndaşını saxlayıb. İnsidentdən sonra hadisə yerinə yüzlərlə insan toplaşıb və miqrantlara qarşı şüarlar səsləndiriblər.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





