İqtisadiyyat

Təhsil, tibb və sosialda normalar artırıldı: başqa hansı artımlar olacaq?

28 Oktyabr 2025 09:37
Baxış: 616
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Prezidentinin "Yaşayış minimumu haqqında" Qanununa etdiyi dəyişikliklərdən sonra Nazirlər Kabineti tibb, təhsil və sosial sahə müəssisələrində şəxslər üçün yeni qida normalarını müəyyənləşdirib.

Milli.Az xəbər verir ki, yeni qərara əsasən, tibb və təhsil müəssisələrində uşaqların sutkalıq qida normaları təsdiq olunub. Həmçinin sosial sahəyə aid müəssisələrdə xidmət alan şəxslər üçün də orta sutkalıq qida normaları müəyyən edilib.

Deputat Vüqar Bayramov məsələ ilə bağlı bildirib ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün bu cür normaların təsdiqi nəzərdə tutulmurdu və bu da həmin qurumların qida təminatında boşluqlar yaradırdı.

"Yeni dəyişikliklər bu institusional boşluğu aradan qaldırır. Eyni zamanda yeni normalarda qida paylarının artımı da təsdiqlənib. Bu, dövlət büdcəsindən həmin müəssisələrə daha çox vəsait ayrılması deməkdir. Nəticədə tibb, təhsil və sosial müəssisələrin maddi-texniki bazası və sosial təminatı daha da güclənəcək", - deyə deputat vurğulayıb.

Yeni qida normalarının təsdiqi həmin müəssisələrdə xidmət alan vətəndaşlarımız üçün yeni imkan kimi xarakterizə olunur. Belə ki, yeni normalar müasir çağrışlar və xərclər nəzərə alınmaqla təsdiq olunub. Bu isə həmin müəssislər üçün ödənilən məbləğin artmasına səbəb ola bilər. Təbii ki, bu həmçinin həmin qurumlarda xidmətin keyfiyyətinin də artmasına gətirib çıxaracaq. Bu baxımdan, yeni normaların təsdiqi mütərəqqidir və büdcədən bu sahəyə daha çox vəsait ayrılmasına səbəb olmaqla vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edəcək", - o bildirib.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.