İqtisadiyyat

Bakıda salınan yeni yol tıxacı azaldacaq - VİDEO

28 Oktyabr 2025 00:18
Baxış: 426
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəhər ətrafından daha bir alternativ yol salınır.

Milli.Az xəbər verir ki, söhbət Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisindən gedir.

Hazırda yolun tikintisi altına düşən obyektlərin bir hissəsində söküntü işləri, kommunikasiya xətlərinin köçürülməsi və digər vacib tədbirlər həyata keçirilir.

Layihənin vaxtında tamamlanması üçün əraziyə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub. Yeni avtomobil yolu Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan şimal və qərb bölgələri ilə birbaşa əlaqəsini təmin edəcək. Sürücülər görülən işləri yüksək qiymətləndirsələr də, lakin bəzi iradları var.

Yeni yolun istifadəyə verilməsinin paytaxtın nəqliyyat yükünü azaldacağı bildirilir.

Daha ətraflı "Xəzər Xəbər"in videosunda:

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.