Təmizlik mövzusunda ən həssas bürclər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəziləri üçün təmizlik sadəcə yorucu bir gündəlik işdir, lakin bəzi bürclər üçün bu, demək olar ki, daxili bir instinktdir. Onlar üçün evlərini təmizləmək yalnız gigiyena məsələsi deyil, həm də həyat fəlsəfəsidir. Bu insanlar yaşadıqları məkanı yalnız səliqəyə salmaqla kifayətlənmir, hər küncü harmoniya və nizam nümunəsinə çevirirlər.
Milli.Az xəbər verir ki, bürclərin xarakter xüsusiyyətləri onların gündəlik vərdişlərinə, xüsusilə də təmizlik və səliqə anlayışına birbaşa təsir edir. Bəzi bürclər elə doğulandan bu sahədə fitri qabiliyyətə malik olur və bu yönləri ilə ətrafındakı insanların heyranlığını qazanırlar.
İndi isə evini daim səliqəli saxlayan, həm gigiyenaya, həm də estetik görünüşə xüsusi diqqət edən ən təmizkar dörd bürc ilə tanış olaq.
Qız: Təmizlik onun üçün daxili rahatlıqdır
Qız bürcü insanları detallara olan diqqətləri ilə tanınır. Onlar üçün evin təmizliyi yalnız gözə görünən nizam deyil, zehni sakitliyin açarıdır. Kiçik bir dağınıqlıq belə Qız bürcünü narahat edə bilər. Hər şeyin yerində və qaydasında olmasına çox önəm verirlər.
Təmizlik zamanı heç bir detalı gözdən qaçırmayan Qız bürcləri, evlərinin hər küncündə mükəmməlliyi qorumağa çalışırlar. Onlar üçün səliqə, həm həyat enerjisini bərpa edən bir proses, həm də daxili harmoniyanın əksi sayılır.
Buğa: Rahatlığın əsası səliqəli evdir
Buğa bürcü üçün ev, sükunət və dinclik limanıdır. Onlar yaşadıqları məkanın təmiz, sadə və estetik görünməsini çox vacib sayırlar. Buğalar, rahat bir mühitin yalnız təmiz və baxımlı evdə mümkün olduğuna inanır.
Evi gözəlləşdirmək, onların özlərinə qayğı göstərmə üsuludur. Şam işığında sükunət tapmaq, təmiz hava və xoş qoxularla dolu bir ev - Buğa bürcü üçün mütləqdir.
Xərçəng: Evinə göstərdiyi qayğı, sevdiklərinə olan sevgisinin əksidir
Ailə və ev anlayışı Xərçəng bürcünün həyatında mərkəzi yer tutur. Onlar üçün təmizlik sadəcə gigiyena deyil, həm də sevgini ifadə etməyin bir yoludur. Yaşadıqları məkanı isti, rahat və tertibli saxlayaraq həm özlərini, həm də ailələrini güvəndə hiss edirlər.
Xərçənglərin evində həmişə səliqə, xoş aura və ailə istiliyi hiss olunur. Onlar üçün ev - sevginin ən saf halıdır.
Tərəzi: Zehni balansın sirri təmizlikdədir
Tərəzi bürcü harmoniya və estetik duyğu ilə yaşayır. Onlar üçün evin tərtibli, hava kimi yüngül və zövqlə döşənmiş olması vacibdir. Dağınıq mühit Tərəzi üçün yalnız fiziki deyil, həm də ruhi narahatlıq yaradar.
Bu səbəbdən Tərəzilər evlərini həmişə nizam-intizamda saxlayır. Onlar üçün təmizlik yalnız gözəllik deyil, həm də ruhun sakitliyini qorumaq üsuludur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Noyabrın 4 şanslı bürcü
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
XƏBƏR LENTİ
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü keçirilir
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)





