Avto

Maşın açarınızı aliminium folqaya bükün - səbəb

28 Oktyabr 2025 08:41
Baxış: 880
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son vaxtlar oğurluq texnikalarının inkişafı ilə bağlı təhlükəsizlik mütəxəssisləri avtomobil sahiblərini sadə, lakin təsirli bir tədbirə çağırır: təmasız (keyless) açarları aliminium folqaya bükmək və ya siqnal bloklayan xüsusi torbalarda saxlamaq.

Milli.Az xəbər verir ki, təhlükəsizlik yoxlamaları və sahə tədqiqatları göstərir ki, aliminium folqa açarın yayılan radio siqnalını zəiflədir. Bu da oğruların siqnalı ələ keçirib gücləndirmə (relay attack) yolu ilə maşının qapılarını açmaq və mühərriki işə salmaq cəhdlərini çətinləşdirir.

Mütəxəssislər son illərdə siqnal gücləndirici cihazlar vasitəsilə avtomobil oğurluqlarının çoxaldığını bildirir. Oğrular açarla avtomobil arasındakı rabitəni ələ keçirib kopyalayaraq maşını rahatlıqla götürə bilirlər. Folqa isə bu tip hücumlara qarşı əlavə maneə yaradır.

Avtomobil oğurluqlarının artması narahatlıq doğurur: məsələn, 2024-ün ilk yarısında İspaniyada və 2023-2024 dövründə Birləşmiş Krallıqda minlərlə oğurluq hadisəsi qeydə alınıb. Mütəxəssislər texnologiyanın yayılmasını bu artımın əsas səbəbi hesab edir.

Mütəxəssislər aliminium folqanı ucuz və praktik əlavə qoruma hesab etsələr də, tək tədbir kimi kifayət etməyəcəyini vurğulayır. Tövsiyə edilən digər tədbirlər:

  • immobilizerin müntəzəm yoxlanılması;
  • güclü siqnalizasiya sistemi;
  • mexaniki sükan kilidi;
  • GPS izləmə cihazı quraşdırılması.

Eyni zamanda açarların evdə qapı və pəncərə kənarlarından uzaqda, metal qutuda və ya xüsusi siqnal bloklayan (Faraday) torbada saxlanması daha təhlükəsiz sayılır.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.