İdman

"Ronaldinyo Messini balaca qardaşı kimi görürdü"

6 Aprel 2020 18:04
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın sabiq yarımmüdafiəçisi, hazırda Qətərin "Əl-Sədd" klubunu çalışdıran Xavi Ronaldinyo və Leo Messi arasındakı münasibətlərdən danışıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Xavi Messinin formalaşmasında Ronaldinyonun çox böyük rolu olduğunu bildirib:

"Messi 16-17 yaşlarda "Barselona"nın əsas komandası ilə məşqlərə başladı. Onda Ronaldinyonun 26 yaşı var idi. Münasibətləri yaxşı idi. Leo, Ronaldinyo və Dekudan ibarət qrup sanki bir ailə idi. Digərləri kimi, Ronaldinyo da Messinin xüsusi futbolçu olduğunu bilirdi.

Ronaldinyo Messini balaca qardaşı kimi görürdü. Onların münasibətləri çox yaxşı idi. Ronaldinyo ona çox kömək edib. Biz də Messiyə yardım edirdik, amma Ronni dünyanın ən yaxşı futbolçusu qismində bunu edirdi.

Dünyanın ən yaxşı oyunçusunun Leonu ailənin bir üzvü kimi qəbul etməsi ona çox yardımçı oldu. Bu sayədə Messinin indiki kimliyi formalaşdı. Əlbəttə, Leo bütün bunlarsız da dünyanın ən yaxşı futbolçusu ola bilərdi, amma etiraf etmək lazımdı ki, paltardəyişmə otağındakı yaxşı münasibət də ona kömək etdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.