İdman

"Roma"nın sabiq baş məşqçisi “Fənərbaxça”nı çalışdıra bilər

4 Aprel 2020 17:09
0 Şərh     Baxış: 1 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Roma"nın sabiq baş məşqçisi Eusebio Di Françesko karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, bunu 51 yaşlı mütəxəssis özü açıqlayıb.

İtaliyalı çalışdırıcı bildirib ki, Türkiyədən bir klub onun xidmətində maraqlıdır: "Hər cür təcrübəyə hazıram. Türkiyənin bir klubundan və bir neçə millidən təklif almışam".

Di Françeskonun adını açıqlamadığı komandanın "Fənərbaxça" olduğu müəyyənləşib. Keçmiş "Valensiya"lı Marselino ilə danışıqları uğursuz nəticələnən İstanbul təmsilçisi Di Françesko ilə gələn mövsüm üçün anlaşmağa çalışır.

Qeyd edək ki, Eusebio Di Françeskonun son iş yeri ötən il "Sampdoriya" olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.