İdman

Şəhriyar Teymuru qınadı - “Uduzan şahmatımız olacaq”

24 Mart 2020 16:30
0 Şərh     Baxış: 2 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburqda iddiaçılar turniri davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov sosial şəbəkə hesabında son durumla bağlı izah verib:

"Salam dostlar. Mart 14-ü Almaniya bundesliqasında oynamalıydım. Bünün üçün aeroporta yollanmışdım. Ora çatanda klubumdan zəng gəldi. Bildirildi ki, görüşlər təxirə salınır. Belə də hava limanından geri döndüm. Almaniyanın təhlükəli vaxtında verdiyim sözə və müqaviləyə əsasən, ora uçmağa hazır idim. Liqa olmadığını biləndə həm üzüldüm, həm də sevindim. Çünki heç kim istəməz ki, 2 günə görə bu təhlükəli dönəmdə Avropaya səfər etsin və sonra ən azı 2 həftə karantində qalsın. Üzüldüm ona görə ki, 20 gündür bu iki oyuna hazırlaşmışdım.
 
Eyni hadisə bu günlərdə Teymurla bağlıdır. İddiaçıların turniri hər şahmatçının böyük arzusudur. Ən azı, mənim üçün belədir. Son mücadilədə 2-ci yerə çıxdım və bundan sonra qarşıma ilk pilləni tutmaq məqsədi qoymuşdum. Çox təəssüflər olsun ki, bu dəfə fürsətim olmadı. Olsaydı, əlbəttə rəqabətə qoşulardım. Martın 14-ü Almaniyaya yollanmaq istəyən, Rusiyaya niyə getməsin? (gülümsəyir-red.) Yəni, 100 faiz səfərə çıxardım. Rəcəbovun imtina etdiyi yarış dayanarsa, sözsüz, çox düz verilmiş qərar olacaq. Yox, əgər turnir davam edərsə və bitərsə, uduzan bizim şahmat olacaq.
 
Mən isə buna çox üzülərəm. Amma daha çox ona üzülərəm ki, bu qədər gözəl təşkil olunmuş və bu qədər maraqlı oyunlar olan turnir dayansın! Çünki bütün dünya indi bu yarışı izləyir. Orada oynayan 8 dost - həmkarıma can sağlığı arzu edirem. Qoy ən güclü qalib olsun. İnanıram ki, mənim və ya bizim şahmatçıların yenə iddaçıların turnirində mübarizə aparmaq imkanı olacaq. Təhlükə onsuz da hər yerdə var, amma uğur hər yerdə yoxdur!"
 
Qeyd edək ki, Teymur Rəcəbov iddiçılar turnirindən koronavirus səbəbindən imtina etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.