İdman

İtaliyanın “İnter” klubu fəaliyyətini müvəqqəti dayandırdı

12 Mart 2020 13:34
0 Şərh     Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkar edilməsi İtaliyanın digər klublarını təşvişə salıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, artıq "İnter" bununla bağlı rəsmi bəyanat yayıb.

Milan təmsilçisi idman fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb: "Yuventus"un futbolçusu Daniele Ruqaninin koronavirus testinin müsbət nəticələnməsindən sonra "İnter" bütün idman fəaliyyətlərini dayandırdı. Klub hazırda bütün lazımi prosedurları həyata keçirmək üçün addımlar atır".

Qeyd edək ki, martın 8-də A seriyasının XXVI turu çərçivəsində "Yuventus"la "İnter" üz-üzə gəlib, Turin təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Ruqani həmin qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.