İdman

Bakıda idman gimnastikası üzrə dünya kubokunda 6 atletimiz təmsil olunacaq

10 Mart 2020 14:35
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.

Milli.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə 42 ölkədən 158 gimnast birincilik uğrunda mübarizə aparacaq.

Yarışda ölkəmizi Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Cavidan Babayev, Marina Nekrasova və Samirə Qəhrəmanova təmsil edəcəklər.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.