İdman

Rəşad Sadıqov karyerasını başa vurur

9 Mart 2020 18:08
0 Şərh     Baxış: 1 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mövsüm başa çatdıqdan sonra Rəşad Sadıqov karyerasını başa vuracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu məlumatı baş məşqçi "Qurban Qurbanov da təsdiqləyib. "Keşlə" - "Qarabağ" oyunundan sonra mətbuat konfransında Ağdam klubunun baş məşqçisi komandanın kapitanının gedişi haqda belə deyib:

"Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif elədik, razı olmadı. Bir illik uzatmaq istədi. Sonda qərara gəldik ki, bu mövsüm oynasın, sonra karyerasını bitirsin. Rəşadın böyük potensialı var. Belə potensiallı insanlara güvənmək mənim üçün sevindiricidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.