İdman

"Everton"da ciddi itki

1 Mart 2020 18:51
0 Şərh     Baxış: 801
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Everton" klubu ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçisi Morqan Şnederleni itirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda fransalı futbolçunun fevralın 23-də "Arsenal"a qarşı keçirdikləri oyunda aldığı zədənin ciddi olduğu diqqətə çatdırılıb. Bu üzdən o, dizindən əməliyyat olunub.

30 yaşlı yarımmüdafiəçinin dəqiq bərpa müddəti açıqlanmasa da, Britaniya mətbuatı Şnederlenin ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacağını yazır.

Fransalı futbolçu bu mövsüm "Everton"da 15 Premyer Liqa matçının iştirakçısı olub. Onunla yanaşı, sözügedən klubda Qbaminlə Luka Din də zədədən əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.