İdman

"Qarabağ" polisə görə cərimələndi

25 Fevral 2020 17:55
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunda  baş verənlər müzakirə olunub.

Premyer Liqanın 18-ci turunun "Sabah" - "Səbail" oyununun 15-ci dəqiqəsində meydan sahiblərini futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün "Sabah" 800 manat cərimə olunub.

Premyer Liqanın 18-ci turunun "Qarabağ" - "Sumqayıt" oyununda meydan sahiblərinin futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə "Qarabağ" 400 manat cərimə olunub

Premyer Liqanın 18-ci turunun "Qəbələ" - "Neftçi" görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə meydan sahibləri  400 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.