İdman

"Fənərbağça"ulduzu oyunda etdiyi bu hərəkətə görə məhkəməyə verildi - FOTO

20 Noyabr 2025 15:21
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə milli komanda futbolçusu Kerem Aktürkoğlu qol sevincinə görə məhkəməyə verilib.

Milli.Az xəbər verir ki, futbolçunun oyun zamanı "Harri Potter" filminə istinad edən məşhur çubuq ilə hərəkət etməsi İstanbul Əqli və Sənaye Mülkiyyət Hüquqları Mülki Məhkəməsində şikayətə səbəb olub.

Sabah qəzetinin məlumatına görə, Hollivudun tanınmış şirkətlərindən "Warner Bros" Kerem Aktürkoğlunun "Harri Potter" serialından vizual və audio elementlərdən icazəsiz istifadə etdiyini iddia edərək rəsmi şikayət ərizəsi təqdim edib.

Şirkət bildirib ki, "Harri Potter", "Hoqvarts" və "Qriffindor" kimi terminlər Türkiyədə Patent və Ticarət Nişanı Ofisində qeydiyyatdan keçib və bu brendlər yalnız kitab və filmlərlə məhdudlaşmır, həm də qlobal miqyasda tanınır və yüksək kommersiya dəyərinə malikdir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.