İdman

İstanbulda güləşçilərimizdən daha 6 medal

11 Yanvar 2020 23:59
0 Şərh     Baxış: 1 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinin ikinci günü keçir.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışda qadınların mübarizəsində Elis Manolova (65 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) bürünc medala layiq görülüblər.

Yarışa yanvarın 12-də yekun vurulacaq. Turnirin sonuncu günündə qadın güləşçilərimizdən Elmira Qəmbərova, Tatyana Omelçenko (hər ikisi 62 kq) və Səbirə Əliyeva (76 kq) mübarizəyə start verəcəklər.

Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (61 kq), Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) finalda, Toğrul Əsgərov (74 kq) isə bürünc medal uğrunda görüşdə yarışacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.