İdman

“Onun qışda satılacağına inanmıram” - Mourinyo

7 Yanvar 2020 20:10
0 Şərh     Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandadakı gələcəyi müzakirə olunan Kristian Eriksenlə bağlı açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, 27 yaşlı futbolçunun gələcəyi ilə bağlı bunları deyib:

"Açığı, onun qış fasiləsində satılacağına inanmıram. Vəziyyət məlumdur, Eriksen artıq istədiyi klubla danışıqlar apara və mövsümün sonunda ora transfer oluna bilər. Bu, ilk ehtimaldır.

Digər seçim həm futbolçunun, həm də hansısa klubun yanvar ayında razılıq əldə etmək istəməsidir. Bu halda hər şey klubumuzdan asılı olacaq. Son ehtimal isə onun komandada qalmasıdır. Hazırda Eriksen burdadır və bizim futbolçumuzdur".

Danimarkalı futbolçu ilə "Real", "İnter", "Yuventus" və "Mançester Yunayted"in maraqlandığı deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.