İdman

Qalatasaray futbolçuları Beşiktaş derbisində meydana itlərlə çıxacaq

4 Oktyabr 2025 20:12
Baxış: 397
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu axşam keçiriləcək Qalatasaray-Beşiktaş derbisi yalnız futbol baxımından deyil, həm də xüsusi sosial mesajı ilə yadda qalacaq. Qalatasaraylı futbolçular, "Heyvanları Qoruma Günü" münasibətilə meydana itlərlə birgə çıxacaqlar.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu xüsusi tədbir Süper Liqa tarixində ilk dəfə baş tutacaq. 

Sarı-qırmızılı klub bu təşəbbüslə cəmiyyətdə heyvan haqlarına diqqəti artırmağı və sahibsiz heyvanlara qarşı həssaslığı gücləndirməyi hədəfləyir. 

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.