İdman

“Qarabağ” pakistanlı futbolçu üçün təklif göndərdi

7 Yanvar 2026 14:12
Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" İsveçin "Myöllbü" klubunun pakistanlı futbolçusu Abdullah İqballa maraqlanır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. 

Bildirilib ki, Azərbaycan klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün artıq təklif göndərib. 

Qeyd edək ki, Abdullah İqbal ötən mövsüm "Myöllbü"nün heyətində İsveç çempionatında 24 oyun keçirib, 2 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin dekabrına qədərdir.

Pakistan millisinin kapitanı yığmada 19 matçda meydana çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.