İdman

“Beşiktaş”ın oyunundan sonra DAVA: Ölən və yaralananlar var

20 Sentyabr 2025 15:24
Baxış: 433
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə "Göztepe" futbol klubu azarkeşləri arasında dava olub.

Milli.Az xəbər verir ki, İzmirin Konak rayonunda "Göztepe" azarkeşləri arasında baş verən bıçaqlı dava nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə axşam saat 22:40 radələrində Mithatpaşa küçəsindəki Göztepe parkında baş verib. 

Klub azarkeşləri olan 2 qrup arasında naməlum səbəbdən kütləvi dava olub. Dava zamanı bıçaq və odlu silahdan istifadə olunub. Nəticədə 7 nəfər tapança ilə vurularaq, yaralanıb. Yaralılardan xəstəxanaya aparılan 1 nəfəri xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.