Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Milli.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qəbələ" ilə qarşılaşan "Sumqayıt" rəqibi ilə qolsuz heç-heçə edib.
Bu nəticədən sonra "gənclik şəhəri" təmsilçisi 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Qəbələ" isə 15 xalla 10-cudur.
Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" "Sumqayıt"ı (2:0) məğlub edib. XXI tura fevralın 22-də yekun vurulacaq.
Milli.Az





