Ölkə

Rayonlar üzrə fevralın pensiyası bu tarixdə veriləcək

16 Fevral 2026 17:14
Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 13-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fevral ayının pensiyalarının artırmlarla ödənişi baş tutmuşdu. Cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla verilmişdi.

Milli.Az-ın əldə etdiyi məlumata görə, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə fevral ayının 20-də həyata keçiriləcək.

Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək  qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılıb.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.