Sağlamlıq

Diş ağrısına görə içdiyi ağrıkəsicidən sonra öldü

20 Fevral 2026 19:12
Baxış: 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kahramanmaraş vilayətində 42 yaşlı Hayri Kul diş ağrısını azaltmaq üçün qəbul etdiyi ağrıkəsicidən sonra vəfat edib.

Milli.Az xəbər verir ki, məlumata görə Hayri Kul şiddətli diş ağrısı səbəbilə evdə dərman qəbul edib. Dərmanı qəbul etdikdən qısa müddət sonra onun halı qəfil pisləşib və huşunu itirib. Yaxınları dərhal təcili tibbi yardım çağırıb.

Hadisə yerinə gələn həkimlər 42 yaşlı kişinin ürəyinin dayandığını müəyyən ediblər. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.