Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə yeni rəis təyin olunub.
Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovun müvafiq əmri ilə Tağıyev Firdovsi Hidayət oğlu sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, iki ay əvvəl Baxışov Elxan Sərxan oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin rəisi öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Milli.Az





