Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış loğman, yazıçı-jurnalist Ərşad Əzimzadə "İnci" şirkətində işə qəbul olunub.
Milli.Az Modern.az-a istinadən xəbər verir ki, hadisənin maraqlı tərəfi Ərşad Əzimzadənin 92 yaşında işə dəvət olunmasıdır.
Ə.Əzimzadə bununla bağlı deyib:
"Bu gün, 19 Fevral 2026-cı il tarixində, 92 il yaşında olduğum bir vaxtda, "İnci" şirkətinin prezidenti Mikayıl Yusifov məni rəsmi olaraq işə dəvət etdi və xalqımıza, dövlətimizə, vətənimizə birlikdə fayda verməyi təklif etdi. Mən bu təklifi böyük sevinclə qarşıladım və yenidən əmək fəaliyyətinə başladım. İşləyəcəyim "İzə" nəşriyyatının gənc kollektivi məni dərin hörmətlə qarşıladı. Çalışacağam ki bu etimadı layiqincə doğruldum. Mən yeni bir həyata başlayıram. Yer üzündə elə bir şirkət yoxdur ki, 92 yaşlı "qocanı" işə dəvət etsin. Bunu yalnız "İnci" şirkəti bacardı".
Ərşad Əzimzadə 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan ol ub. Əvvəllər jurnalist kimi fəaliyyət göstərib. O, "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinskiy raboçiy" və "Azərbaycan" kimi aparıcı qəzetlədə müxbir işləyib.
30 yaşdan 60 yaşacan 8 ağır xəstəlikdən əzab çəkib, 30 il dərman-terapiya müalicəsi alıb. 1995-ci ildə yapon alimi Katsudzo Nişinin Sağlamlıq Sistemini öz həyatına tətbiq edərək sağalıb.
Son 30 ildə 20-dən çox elmi-publisistik və bədii əsər yazıb. Onun sağlam həyat tərzinə aid "Möcüzəsiz möcüzə" kitabı müxtəlif dillərdə çap olunub və məşhurlaşıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə





