Türkiyədə hamı bu qoyunlardan DANIŞIR - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə sosial şəbəkələrin gündəminə çevrilən maraqlı hadisə Trabzonda qeydə alınıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tövlədən buraxılan qoyunların mikroavtobusun ətrafında toplaşaraq uzun müddət dairəvi şəkildə fırlanması hər kəsi təəccübləndirib.
Yayılan kadrlarda heyvanların sanki koordinasiyalı şəkildə eyni trayektoriya üzrə hərəkət etdiyi görünür. Görüntülər qısa zamanda viral olub və müxtəlif müzakirələrə yol açıb. Bəzi istifadəçilər baş verənləri paranormal hadisə kimi qiymətləndirsə də, mütəxəssislər məsələyə elmi izah veriblər.
Qeyd olunur ki, oxşar hal illər əvvəl Monqolustanda da müşahidə edilib. Həmin vaxt təsərrüfat sahibi əvvəlcə bir neçə qoyunun dairə yaradaraq dövrə vurduğunu görüb, daha sonra isə sürünün digər üzvləri də onlara qoşulub. Heyvanların bu davranışı günlərlə davam edib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, "Listeria" xəstəliyi belə davranışa səbəb ola bilər. "Listeria monocytogenes" bakteriyası ilə çirklənmiş yemlərin qəbulu heyvanlarda beyin iltihabına gətirib çıxarır. Bu isə onların istiqamət hissini pozur və dairəvi hərəkət etmələrinə səbəb olur.
Beləliklə, ilk baxışda sirli görünən hadisənin arxasında tibbi və bioloji səbəblərin dayandığı bildirilir.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi





