İdman

Toral Bayramov buna görə gülürmüş - VİDEO

19 Fevral 2026 20:11
Baxış: 1 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Nyukasl"a böyük hesabla (1:6) məğlub olan "Qarabağ" həm də futbolçularının meydandankənar davanışına görə tənqid olunub.

Milli.Az xəbər verir ki, sözügedən matçda komandasının 0:4 hesabı ilə geridə olmasına baxmayaraq ehtiyat oyunçular skamyasında əyləşən Toral Bayramovun deyib-gülməsi azarkeşlərdə qıcıq yaradıb. 

Belə ki, qarşılaşmanın 45-ci dəqiqəsində "Qarabağ"ın qapısına penalti təyin olunan zaman təsadüfən "CBC Sport"un kameralarına tuş gələn Toral Bayramovun yanındakına nəsə deyərək güldüyü görüntülənib.

Bu epizodun məğlubiyyətdən daha çox müzakirə olunması isə Toral Bayramovun davranışının azarkeşlərdə əsəb və qıcıq yaratdığının bariz göstəricisidir. 

Maraqlıdır, bəs Toral Bayramov nəyə və niyə gülürmüş?
 
"Nyukasl"la oyunda start heyətinə düşməyən Toral Bayramov baş məşqçinin bu seçimindən narazı qalıb.

Oyunun gedişində isə əvəzetmələrdə belə meydana çıxmayacağını öyrənən Toral bundan sonra aqressivləşib. Onun komandanın qapısına penaltinin təyin olunduğu bir vaxtda nümayişkəranə şəkildə gülməsi Qurban Qurbanova qəzəbinin təzahürü olub. (savashmedia.az)

Sosial şəbəkələrdə tənqid olunan həmin görüntüləri təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.