Rəqəmsallaşmada yeni mərhələ: Qurumlar vahid sistemə keçir
Prezident İlham Əliyev fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunmuş müşavirədə əsas diqqəti dövlət xidmətlərinin vahid mərkəzdə birləşdirilməsinin vacibliyinə yönəldib. Prezident vurğulayıb ki, son illər müxtəlif qurumlar tərəfindən çoxsaylı platforma və tətbiqlər yaradılsa da, artıq bu xidmətlər koordinasiyalı şəkildə və tək mərkəzdən təqdim olunmalıdır. Onun sözlərinə görə, dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməli, mövcud platformalar isə mərhələli şəkildə vahid sistemdə birləşdirilməlidir.Əsas məqsəd vətəndaşa lazım olan bütün xidmətlərin bir ünvandan, daha rahat, operativ və səmərəli şəkildə təqdim edilməsidir.
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov Milli.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda rəqəmsallaşma səviyyəsi hazırda qeyri-bərabərdir. Onun sözlərinə görə, ASAN, Vergi Xidməti və ƏƏSMN (sosial xidmətlər) rəqəmsal lokomotiv rolunu oynayaraq yüksək səviyyəli xidmətlər təqdim etsə də, kommunal sahələr (su, qaz, işıq), Səhiyyə və yerli icra hakimiyyətləri hələ də pərakəndə rəqəmsallaşmadan əziyyət çəkir:
"Xüsusilə kommunal ödənişlərin fərqli tətbiqlərdə olması, səhiyyədə tibbi məlumatların tam inteqrasiya edilməməsi və regional idarələrin zəif infrastrukturu dövlət xidmətlərində pərakəndəliyə və vətəndaşın vaxt itkisinə səbəb olur. Prezidentin tapşırığına əsasən, bu geri qalma myGov vahid platforması üzərindən aradan qaldırılmalı, qurumlar fərdi tətbiqlərdən imtina edərək məlumatlarını "Hökumət Buludu"na (G-Cloud) köçürməli və vətəndaş mərkəzli vahid interfeysə uyğunlaşmalıdırlar".
E.Abbasov qeyd edib ki, idarəetmədə rəqəmsallığın tam bərqərar olması üçün mərkəzi və regional qurumlar arasındakı "məlumat uçurumu" bağlanmalı, kadr potensialı gücləndirilməli və kibertəhlükəsizlik standartları mərkəzləşdirilməlidir.
Ekspert nəzərə çatdırıb ki, qurumlar, xüsusilə kommunal sektor və səhiyyə strukturları paralel platformalar yaratmaq üçün ayrılan büdcə vəsaitlərinə qənaət etməli və resurslarını vahid sistemin proaktiv xidmət modelinə yönəltməlidirlər:
"Bu keçid təkcə texnoloji yenilənmə deyil, həm də dövlət qurumlarının iş prinsipinin tam şəffaflaşması və vətəndaşın bütün xidmətləri, vergi borcundan kommunal ödənişə, tibbi reseptdən sosial arayışadək bir nöqtədən əldə etməsi deməkdir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib
-
Ərdoğan Zəfər Günü Azərbaycana gələcək
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
XƏBƏR LENTİ
-
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə necə müraciət edilməlidir? – Hakimdən açıqlama
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb
-
Məşhur kişi ətri satışdan yığışdırıldı
-
Bakı aeroportunda Hindistan vətəndaşı öldü
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Egey dənizində zəlzələ: İstanbulda da hiss olundu
-
Pərvin Abıyeva: “Yerindən duran maşın sürür”
-
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
-
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - (Foto)
-
Azərbaycan avro ucuzlaşdı - Rəsmi
-
Konfrans Liqası: "Trabzonspor" öz meydanında uduzdu
-
Abşeronda partlayış: Yaralananlar var - (Foto)
-
Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
-
Fatma Betül Sayan Kaya həbs olundu
-
Gənc iş adamı toyda qəfil öldü - (Foto)
-
Bu ərazimizə 15 sm qar yağdı - (Fotolar)
-
Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
-
Ülviyyə Rəhimova: “Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - (Foto)
-
Ailəlikcə izləyə biləcəyiniz 5 maraqlı film
-
4 bürc üçün böyük pul günü
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri





