Kulinariya

Daş kimi qatıq neçə saata mayalanır - İdeal qatıq mayalamağın sirrləri

16 Fevral 2026 02:02
Baxış: 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Evdə hazırlanan qatığın həm dadlı, həm də bərk olması üçün temperatur və zaman ən vacib amillərdir.

Milli.Az ideal qatıq mayalamanın incəliklərini təqdim edir:

Qatığın tam tutması və "daş kimi" bərk olması üçün orta hesabla 4 ilə 6 saat arasında vaxt lazımdır.

Yaz-yay aylarında: Hava isti olduğu üçün 4-5 saat kifayət edə bilər.

Qış aylarında  6 saata qədər gözlətmək lazım gələ bilər.

Qatığı mayalandıqdan dərhal sonra yemək olmaz. Ən yaxşı nəticə üçün onu sobada və ya bükülü vəziyyətdə mayalandıqdan sonra ən az 24 saat soyuducuda gözlətmək lazımdır. Bu, qatığın bərkiməsini təmin edir.

Südün temperaturu mayalanma üçün kritikdir. Süd nə çox isti (mayanı yandıra bilər), nə də çox soyuq (maya aktivləşməz) olmalıdır.

Südü ocaqdan götürüb ilıqlaşmağa qoyun. Barmağınızı südə saldıqda 7-ə qədər sayın; əgər əliniz istiyə dözürsə, deməli, temperatur idealdır (təxminən 42-45°C).

Mümkünsə, təbii kənd südündən istifadə edin. Südü bişirərkən onu sovuraraq (çömçə ilə yuxarı qaldırıb tökərək) içindəki suyun buxarlanmasını təmin edin. Su nə qədər az olsa, qatıq bir o qədər bərk olar.

Mayanın otaq temperaturunda olması vacibdir. Mayanı bir az südlə qarışdırıb durulaşdırdıqdan sonra qazana əlavə edin.

Qazanın qapağını bağlamazdan əvvəl üzərinə kağız dəsmal qoyun. Bu, buxarlanan suyun yenidən qatığın içinə düşüb onu sulandırmasının qarşısını alır.

Son zamanlar ən populyar üsullardan biri də budur. Qatığı qablara tökdükdən sonra ağzını bağlamadan 40-50 dərəcəyə qədər isidilib söndürülmüş sobanın içində 4-5 saat gözlədin. Bu üsul qatığın hər tərəfinin bərabər temperaturda qalmasını təmin edərək onu daha bərk edir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.