Cəmiyyət

“Mərkəzi Nəbatat və Dendrologiya Bağı” MMC təşkil edilir

20 Fevral 2026 17:19
Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkil edilir.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında" fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.