Maraqlı

Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi

20 Fevral 2026 20:06
Baxış: 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildiABŞ-lı ekspertlərin qida sıxlığı reytinqinə görə, gündəlik süfrəmizdə tez-tez yer alan pomidor 20,37 bal toplayaraq bütün meyvələri geridə qoyub.

Milli.Az xəbər verir ki, baxmayaraq ki, çoxları pomidoru tərəvəz hesab edir, elmə görə o, meyvə sayılır. Onun bu qədər faydalı olmasının əsas səbəbi tərkibindəki likopen maddəsidir. Likopen güclü antioksidantdır və ürək-damar xəstəliklərinin qarşısını almağa, damarları qorumağa, bəzi xərçəng növlərinə qarşı müdafiə yaratmağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, pomidor bişirildikdə faydasını itirmir, əksinə likopenin orqanizm tərəfindən mənimsənilməsi daha da artır.

Siyahıda pomidordan sonra limon və çiyələk gəlir.

2026-cı ilin qidalanma hesabatına görə, ümumi qida dəyəri və qoruyucu təsiri nəzərə alındıqda pomidor ən sağlam meyvə seçilib. (Qaynarinfo)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.