Cəmiyyət

Yaz fəsli Azərbaycana bu tarixdə DAXİL OLACAQ

20 Fevral 2026 13:51
Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb:

"Bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.