Dünya

Merilin Monronun evi satışa çıxarıldı - FOTO

20 Fevral 2026 13:58
Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivudun əfsanəvi aktrisalarından biri olan Merilin Monronun Palm Sprinqsdəki keçmiş evi satışa çıxarılıb.

Milli.az xəbər verir ki, aktrisanın 1960-cı illərin əvvəllərində yaşadığı və hazırda Nik Adlerə məxsus olan ev 3,3 milyon dollara satışa çıxarılıb.

Dağ mənzərəli üç min kvadrat metrlik ərazidə yerləşən evdə 4 yataq otağı, 4 vanna otağı, əyləncə zonaları və şəxsi hovuz var. Monronun bir vaxtlar yaşadığı ev Palm Sprinqsin Vista Las Palmas məhəlləsində yerləşir.

Qeyd edək ki, Monro 4 avqust 1962-ci ildə, 36 yaşında Los-Ancelesdəki evində ifrat dozada dərman preparatı qəbul etdiyi üçün vəfat edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.