İftar üçün menyu ideyaları - RESEPT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İftara başlamazdan əvvəl orqanizmi ilıq su və bir-iki xurma ilə hazırlamaq faydalıdır. Açılış üçün quru meyvələr və təzə meyvə salatı həm enerji verir, həm də həzmi asanlaşdırır.Şorba orucu açmaq üçün ən uyğun yeməkdir, mədəyə yumşaq təsir göstərir. Əsas yeməkdə protein və tərəvəzləri balanslı şəkildə seçmək sağlamlıq üçün vacibdir. İftar sonunda isə yüngül desert və bitki çayı həm dadlı, həm də mədə üçün rahatdır.
Milli.Az sizə "İftar menyusu"nu təqdim edir:
Qaymaqlı ispanaq şorbası
Ərzaqlar:
İspanaq - yarım kiloqram
Kərə yağı - 4 xörək qaşığı
Doğranmış soğan - yarım stəkan
Un - 3 xörək qaşığı
Toyuq suyu - 5 stəkan
Duz və istiot zövqə görə
Qaymaq - 1 stəkan
Hazırlanması:
İspanağı təmizləyin, saplaqlarını kəsin və iri-iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız dəsmal və ya çay dəsmalının üstünə sərin. Qazanda yağı əridin, soğanı əlavə edib rəngi dəyişənə qədər qovurun. İspanağı buraya əlavə edin və yumşalana qədər bişirin. Üstünə unu səpib, qarışdırın. Toyuq suyunu tökün və qarışdıra-qarışdıra qaynamasını gözləyin. Sonra blenderdə püre edin. Alınan püreni qazana əlavə edib, üzərinə duz, istiot, qaymaq əlavə edin. Bir az vam odda saxladıqdan sonra süfrəyə verin.
Tava kababı
Ərzaqlar:
400 qram orta yağlı qoyun əti qiyməsi
1 soğan (rəndələnmiş)
2 pomidor (doğranmış)
2 yaşıl bibər (doğranmış)
2 diş sarımsaq (doğranmış)
1 çay qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1/2 çay qaşığı çili bibəri
4 badımcan
3 pomidor
Üzəri üçün:
2 stəkan su
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
2 xörək qaşığı yağ
1 çay qaşığı duz
1 ovuc cəfəri (doğranmış)
Hazırlanması:
Qiyməni soğan, pomidor, yaşıl bibər, sarımsaq, bibər pastası, tomat pastası, duz, qara bibər, zirə və çili bibərini bir qaba töküb yaxşıca yoğurun. Badımcan və pomidoru şaquli və ya maili şəkildə bıçaqla bir-birindən iki santimetr məsafədə kəsin. Hazırlanmış qiymə qarışığı tərəvəzlərin kəsilmiş hissələrinə doldurun. Tərəvəzləri qazana düzün. Bir qabda su, tomat pastası, yağ və duzu qarışdırın. Bu qarışığı qazandakı badımcan və pomidorun üzərinə tökün. Tərəvəzlər dağılmasın deyə boşqabla üzərini örtün və qazanın qapağını bağladıqdan sonra əvvəlcə orta odda, sonra isə zəif odda suyu çəkilənə qədər bişirin. Qazan kababını süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.
"Gül" peçenye
Ərzaqlar:
Yumurta - 2 ədəd
Duru yağ - 2 x/q.
Qatıq - 2 x/q.
Sirkə - 1 x/q.
Qabartma tozu - 1 paket
Kərə yağı - 125 qr.
Əzilmiş qoz - 1 st.
Nişasta - 2 x/q.
Un apardığı qədər
Şərbət üçün:
Şəkər tozu - 2 st.
Su - 1,5 st.
Limon şirəsi - 1 ç/q.
Hazırlanması:
Kənarda şəkər tozu və su ilə şərbət hazırla. Qaynadıqdan sonra içərisinə limon şirəsi töküb, soyumağa qoy. Qaba yumurta, duru yağ, qabartma tozu və sirkə töküb qarışdır. Üzərinə un əlavə edib, yumşaq xəmir hazırla və 15 dəqiqə gözlə. Sonra xəmirdən kiçik kündələr düzəldib, nişasta ilə boşqab böyüklüyündə yay. Ortasını birləşdirib içərisinə qoz töküb, şəkildəki formanı ver. Yağlanmış tavaya düzüb, üzərinə əridilmiş kərə yağı tök. Əvvəlcədən isidilmiş sobada qızarana qədər bişir. Hazır olduqdan sonra üstünə şərbət töküb, əzilmiş fındıq səp.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
1 şüşə mineral su ilə xırtıldayan gül kələmi qızartması resepti
-
Çay süfrələrinin sevilən şirniyyatı: Köstəbək tortu resepti
-
İzmir küftəsini qurutmadan bişirməyin sirləri
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
XƏBƏR LENTİ
-
Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu - təfərrüat - (Foto)
-
Mourinyo Flikə qarşı
-
Astarada ağır qəza - xəsarət alan var
-
Vasif Rəsulova Hesablama Palatasında vəzifə verildi
-
Messi yenidən Argentinada oynayacaq
-
İbrahim Borçalının xanımı ilə rəqsi - (Video)
-
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - Yenilənib
-
Test ləğv oluna, yeni modelə keçilə bilər
-
Aleks de Souza "Seara"nın baş məşqçisi oldu
-
Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Valeh Ağayev vəfat etdi
-
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - (Video)
-
“Buralar” layihəsinin ilk filmi -“Şamaxı” təqdim olunacaq - (Video)
-
Fuad İbrahimovun rəhbərliyi ilə klassik musiqi nümunələri səsləndirilib - (Foto)
-
Yusif Xəlilovun daha 20 obyekti dövlətə qaytarıla bilər
-
Restoranlar tək gələn müştəriləri niyə qəbul etmir?
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Mozaika sənətinin sirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah bu rayonda işıqlar 3 saatlıq sönəcək
-
Ev ailənin kiçik övladına qalır?
-
Aysun İsmayılova: "Övladım xəstələnəndə ona çarə tapa bilmədiyim üçün ağlamışam"
-
Bakının bu qəsəbəsində torpaq alanlar 5 ilə varlanacaq
-
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqləyib
-
Ülviyyə Xəlilbəyli: "İnsan özü yaşayarkən, keçmişinin yasını tutur" (Foto)
-
Həsən ölümündən əvvəl hansı xəbərlə ailəsini sevindirmişdi?





