Hadisə

33 il sonra evlərinə qayıdan məcburi köçkünlərə "SÜRPRİZ" - 10 min MANAT

20 Fevral 2026 13:19
Baxış: 1 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Öz mənzillərinə 33 il sonra qayıda bilən Həqiqət və İsa Musayevlər elektrik sərfiyyatına görə 10 min 47 manat borclarının olduğunu öyrəniblər.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, buna səbəb 33 il həmin mənzildə məcburi köçkün ailəsinin məskunlaşması olub.

Həqiqət Musayeva deyib ki, illər sonra evinə qovuşsa da, bunun sevincini yaşaya bilməyib.

Onun sözlərinə görə, hazırda borc səbəbindən mənzildə elektrik enerjisi yoxdur: "Mən bunu niyə ödəməliyəm?! Başa düşmürəm. Özüm yaşayıb o işığı yandırsam, ödəməyə hazıram". 

İsa Musayev isə bildirib ki, keçmiş məcburi köçkün 10 min borcla yanaşı, evi də yararsız vəziyyətə qoyub: "Evə baxın, balkonda bir "kamaz" zibil qoyub gedib. İndiyədək onlar yaşadığı üçün işıq da onların adına idi".

Məlum olub ki, evin müvəqqəti sakini Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə edib. Məhkəmə yolu ilə evdən çıxarılan həmin ailə mənzilin qapılarını da sındırıb. 

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən mövcud vəziyyətdən xəbərdar olduqlarını bildiriblər: "Onlara dəfələrlə xəbərdarlıq edilib, akt tərtib edilib. Elektrik enerjisinin verilişi də dayandırılıb. Lakin Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə etdiyi üçün 10 min 47 manat borcu yaranıb. Balakişi Allahverdİyev barəsində məhkəməyə müraciət edilib".

Daha ətraflı videomaterialda: 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.