Xəzərdə daha bir zəlzələ olub.
Bu barədə Milli.Az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.
3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.
Milli.Az
__________
Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.
Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ yerli vaxtla 13:05-də, 35 kilometr dərinlikdə baş verib.
Yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.
Milli.Az
xxx
Bəzi cənub rayonlarında zəlzələ hiss olunub.
Milli.Az xəbər verir ki, yeraltı təkanlar saat 13:07 radələrində, təxminən 4 bala yaxın hiss edilib.
Yeraltı təkanlar Astara, Lənkəran və digər cənub rayonlarında hiss olunub.
Milli.Az





