Hadisə

Rauf Xəlilov federasiya prezidenti SEÇİLDİ

8 Aprel 2026 16:31
Baxış: 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Milli.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

"Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin prezidenti Rauf Xəlilov çıxış edərək bu idman növünün inkişafı üçün görülən işlərin əhəmiyyətini vurğulayıb. Daha sonra "Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin 2022-2025-ci illər ərzində görülən işlər barədə hesabatı təqdim olunub. Gündəlikdəki məsələlər təsdiq olunduqdan sonra İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiyada qəbul olunub.

Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib. Səsvermənin nəticələrinə əsasən, Zakir İbrahimov və Anar Əzimov vitse-prezidentləri, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova sədr, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzv seçiliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.