Sağlamlıq

Bu qidalar uşaqların İQ səviyyəsini azaldır - Xəbərdarlıq

21 Fevral 2026 03:03
Baxış: 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər müəyyən ediblər ki, erkən yaşlarda tez-tez hazır əriştə, şirniyyat, emal olunmuş ət məhsulları və qazlı içkilər istehlak edən uşaqlar 6-7 yaşlarında intellekt testlərində daha aşağı nəticələr göstərirlər.

Milli.Az xəbər verir ki, araşdırma zamanı tədqiqatçılar iki fərqli qidalanma modelini müqayisə ediblər:

Sağlam qidalanma (tərəvəz, meyvə, paxlalılar)

Zərərli qidalanma (fast-food, qəlyanaltılar, şirin və qazlı içkilər)

Nəticələrə görə, daha aşağı İQ göstəriciləri əsasən zərərli qidalanma modelinə üstünlük verən uşaqlarda müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, erkən yaşlarda formalaşan qidalanma vərdişləri uşaqların gələcək zehni inkişafına uzunmüddətli təsir göstərə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.