Cəmiyyət

Bəzi ərazilərdə qaz kəsiləcək

20 Fevral 2026 22:31
Baxış: 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qusar rayonunda 23 fevral saat 10:00-dan etibarən 3 209 abonentin qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı idarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Şahdağ yolunun təmiri ilə əlaqədardır.

Qaz təchizatı dayandırılan müddətdə Qusarın Yeni məhəllə, Şarvili, Füzuli, Sərdar Səfərov, Maqamayev, 8 Mart, Elza İbrahimova, Ləzgi-Nemət, Sahil, Məlikov, Füruddin Həsrətov, Yetim-Emin, Ləzgi Əhməd küçələri, Qayakənd və Çiləgir kəndləri olmaqla ümumilikdə 3 209 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qeyd edilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.