Sağlamlıq

Tez- tez üşümək ciddi xəstəliyin əlaməti ola bilər

21 Fevral 2026 04:04
Baxış: 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daim üşümək ciddi xəstəliyin əlaməti ola bilər.

Milli.Az xəbər verir ki, rusiyalı kardioloq Yuri Belenkov bildirib ki, davamlı üşümə hissi qalxanabənzər vəzinin zəif fəaliyyəti - hipotireozun əlaməti ola bilər.

Onun sözlərinə görə, bu xəstəlik xroniki yorğunluq, yuxululuq, dəri quruluğu və saç tökülməsi ilə də müşayiət olunur. Həkim xəbərdarlıq edib ki, vaxtında müalicə olunmayan hipotireoz ürəyin işemik xəstəliyinə səbəb ola və həyati risk yarada bilər.

Mütəxəssis daim soyuqluq hissi yaşayan şəxslərə tibbi müayinədən keçməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.