Hadisə

Badamdarda maşın yandı - VİDEO

20 Fevral 2026 22:15
Baxış: 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səbail rayonu, Badamdar qəsəbəsində avtomobildə yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə ilə bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Ford Fusion" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.