İdman

“Kəpəz”də istefa - Azər Bağırov müqaviləni ləğv etdi

25 May 2025 18:18
Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kəpəz" klubunda gözlənilməz hadisə baş verib.

Qol.az saytına daxil olan məlumata görə, baş məşqçi Azər Bağırov klubla yolları ayırıb. O, qarşılıqlı razılıq əsasında Gəncə təmsilçisi ilə müqaviləni ləğv edib. 

A.Bağırov bu gün "Turan Tovuz"la matçda "Kəpəz"i son dəfə oyuna çıxarıb. 

Qeyd edək ki, A.Bağırov bu mövsüm "Kəpəz"i Premyer Liqada saxlamağı bacarıb. Onun klubun yeni rəhbərliyi dövründə də "Kəpəz"lə əməkdaşlığı davam etdirəcəyi gözlənilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.