İdman

Kövrək vida - FOTO

25 May 2025 00:06
Baxış: 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Santiago Bernabéu stadionu unudulmaz bir gün yaşayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Karlo Ançelotti ilə emosional vida mərasimi keçirilib. Real Madrid tarixinin ən titullu baş məşqçisi klubdakı möhtəşəm dövrünü başa vurub və azarkeşlər onunla layaqətli şəkildə vidalaşaraq ona olan sevgilərini bir daha göstəriblər.

Ən duyğulu anlardan biri isə Ançelottinin ailəsi ilə birgə, klubdakı karyerasını əks etdirən xüsusi video ilə təltif olunması idi. O, duyğularına hakim ola bilməyib.

Görünür ki, Karlo Ançelotti üçün bu mərhələ onun bütün karyerasının ən dəyərli dövrü olub. O, çıxışında bu dövrün unutulmaz bir təcrübə olduğunu vurğulayıb. "Carletto" Madrid azarkeşlərinin qəlbində əzəli Madridist kimi yerini aldı və klub tarixində öz irsi ilə iz qoydu.

Karlo Ançelottinin vida çıxışı:

"Günortanız xeyir. Bu gün danışmaq asan deyil. Bu komandaya rəhbərlik etmək mənim üçün böyük şərəf və məmnuniyyət olub. Florentino Peresə təşəkkür edirəm. Bu futbolçularla işləmək və sizinlə bu anları paylaşmaq əla idi."

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.