"Qarabağ"ın baş məşqisi Qurban Qurbanov futbolçusu Yassin Benzia ilə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, o, bu gün "Şamaxı" ilə Misli Premyer Liqasının 36-cı turunun matçından sonra təşkil edilən mətbuat konfransında əlcəzairli yarımmüdafiəçi ilə danışıqların davam etdiyini bildirib:
"Bütün təklifləri etmişik. Qalıb qərarını verməsi. Buna baxmayaraq, həmin mövqeyə axtarışdayıq. Aktiv danışıqlarımız var. Benzia qalacaqsa, lap yaxşı. Ola bilər karyerasını başqa yerdə davam etmək istəsin".
Qeyd edək ki, Benzianın "Qarabağ"la müqaviləsi bu yay başa çatır.
Milli.Az