Mədəniyyət

“Xarıbülbül” festivalı çərçivəsində Şuşada teatr tamaşası - FOTO

24 May 2025 21:35
Baxış: 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşanın gözəl memarlıq incilərindən biri - Xan qızı Natəvanın sarayının qarşısında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında "Üzeyir bəy belə deyərdi: "Babalı Sərvərin boynuna" adlı teatr tamaşası nümayiş olunub. 

Milli.Az xəbər verir ki, tamaşa Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanıb.

Əsərdə müəllifin yumor və satira ilə qələmə aldığı sosial mövzulara yaradıcı və fərqli yanaşma nümayiş etdirilib. 

Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, musiqi dizaynı Azər Hacıəsgərlidir. 

Tədbir iştirakçıları belə layihələrin Şuşanın mədəni həyatına rəng qatdığını, milli irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. 

Tamaşa eyni zamanda, gənc istedadların dəstəklənməsi və səhnə təcrübəsinin artırılması baxımından da uğurlu təşəbbüs kimi dəyərləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.