İdman

Karyerasını qırmızı vərəqə ilə başa vurdu - VİDEO

24 May 2025 22:10
Baxış: 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Komo" klubunun qapıçısı Pepe Reina A Seriyasının 38-ci turunda "İnter"ə qarşı oyunun 45-ci dəqiqəsində meydandan qovulub.

Milli.Az xəbər verir ki, bu epizod ispan qolkiperin karyerasında aldığı son qırmızı vərəqə kimi tarixə düşüb.

Xatırladaq ki, 43 yaşlı Reina bu mövsümün sonunda peşəkar futbolçu karyerasını bitirəcəyini bəyan etmişdi.

Təcrübəli qapıçı, "İnter"in hücumçusu Mehdi Taremiyə cərimə meydançasından kənarda sərt müdaxilə etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, Pepe Reina karyerası ərzində "Vilyarreal", "Liverpul", "Bavariya", "Napoli", "Milan" və "Latsio" kimi tanınmış klublarda çıxış edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.