Meral Konrat bizdən daha çox qonorar alırdı - “Təhminə”nin Mədinəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İstintaq davam edir" filmində Dilarə, "Təhminə" filmində Mədinə obrazları ilə tanınan aktrisa Larisa Xələfova 525-ci qəzetə müsahibə verib.
Milli.Az həmin müsahibəni təqdim edir:
- Necəsiniz, Larisa xanım, həyatınız necə keçir?
- Mənim yaşımda həyat necə ola bilər? Yaşayıram. İşlər qaydasındadır. Nəvəm var deyə həyata sevgim də var. Belə. Aktrisa kimi fəaliyyətimə gəldikdə isə, uzun müddətdir filmlərə çəkilməkdən imtina etmişəm. Müəyyən yaşdan sonra məndə yaddaş problemi üzə çıxdı. Buna görə də aktrisa kimi fəaliyyətimi dayandırmağa qərar verdim. Çünki iki kəlmə deyəndən sonra üçüncüdə birdən hansısa sözü unudub əsəbləşməyə başlayırdım. Düşündüm ki, qalan ömrümü əsəb içində yaşaya bilmərəm.
- Neçə ildir Rusiyadasınız?
- 1994-ci ildən bəri Moskvada yaşayıram.
- Bakıda doğulmusunuz.
- Bəli. 17 yaşım olanda təhsil almaq üçün Moskvaya gəldim. Təhsilimi başa vurub Bakıya qayıtdım və orada teatrda işə düzəldim, filmlərə çəkildim. Anam öləndən sonra hər şey alt-üst oldu. Mənzilimi satıb Moskvaya köçdüm. Burada oxuduğum üçün xeyli dostlarım vardı. Onlar mənə dəstək oldular.
- Moskvada aktrisa kimi fəaliyyətinizi davam etdirdinizmi?
- Bəli. Burada bir müddət teatrda işləmişəm. Ancaq təzə gəldiyim dövrdə bu sahədə problemlər çox idi. Məsələn, teatrların əksəriyyətində az maaş verirdilər. Amma bir sıra seriallarda rol almışam.
- Azərbaycanda, Bakıda sonuncu dəfə nə vaxt olmusunuz?
- Oh, yüz il əvvəl... Qızım vaxtaşırı əri və nəvəmlə Bakıya gedir. Artıq 3-4 dəfə Bakıda olublar. Deyirlər, Bakı o qədər gözəlləşib ki...
- Bakı üçün darıxmırsınız?
- Əlbəttə darıxıram. Əsas da oradakı dostlarım üçün. Bir də Xəzər dənizi üçün. Xəzərdə üzməyi çox sevirdim.
- Azərbaycanda yaşayan aktyor dostlarınızla əlaqə saxlayırsınız?
- Vaxtaşırı köhnə dostlarla danışırıq. Birlikdə oynadığım aktyor dostlarımın çoxu bu gün həyatda yoxdur. Ancaq bəzilərini hələ də yaxşı xatırlayıram. Məsələn, Rasim Ocaqov, Rüstəm İbrahimbəyov, Oqtay Mirqasımov, Rasim Balayev, Şəfiqə Məmmədova və digərləri. Rüstəm İbrahimbəyovun "Bir ailəlik bağ evi" filmində Rasim Balayevlə çəkilmişdik. Rasim Ocaqov və Oqtay Mirqasımovun filmlərində çəkilmişəm. Şəfiqə Məmmədova ilə yaxşı münasibətimiz olub. O vaxt Rasim Ocaqov məni bir rola çəkmək istəyirdi. Qızımı dünyaya gələcəkdi deyə, həmin roldan imtina etməli oldum. Mənim yerimə Şəfiqə Məmmədova çəkildi. Dediyim kimi, Şəfiqə ilə yaxşı münasibətimiz vardı, vaxtaşırı tədbirlərdə qarşılaşırdıq.
- Xüsusilə fərqləndirdiyiniz bir rolunuz varmı?
- Düzü, bu işi çox sevdiyimi deyə bilmərəm. Hətta bir dəfə Rüstəm İbrahimbəyov mənə demişdi ki, səhnədə oynamağı sevmirsən.
- Moskvaya köçəndən sonra Bakıdan sizi soraqlayan olubmu? Məsələn, hansısa rola dəvət almısınızmı?
- Yox. Doxsanıncı illərdə kino elə bir vəziyyətdə idi ki, heç kimin film çəkməyə pulu yox idi. İndi soyadını unutmuşam, bir rejissor vardı, mənə həmişə çəkildiyim roldan da əlavə səhnələr verirdi. Mən də çəkilməyə razılaşırdım, çünki bu, əlavə gəlir demək idi.
- Bir sıra Azərbaycan filmlərində rol alsanız da, sizi daha çox "Təhminə" filmindəki "Mədinə" obrazı ilə xatırlayırlar.
- O filmdə kiçik rolum var idi. Mən Təhminənin rəfiqəsini oynayırdım. Sadəcə, Rasim Ocaqov xətrimi çox istədiyi üçün məni dəvət etmişdi. O, gözəl rejissor və gözəl operator idi. Gördüyü işlər heyrətamizdir. Təəssüf ki, bu gün həyatda yoxdur.
- "Təhminə" filmi ilə bağlı xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?
- Düzü, çox da yaxşı xatırlamıram, həmin filmdə səhnəm az olub (düşünür). Orada çəkilən türk aktrisası Meral Konratı xatırlayıram. Sonradan onunla əlaqə saxlamaq imkanım olmadı. Sadəcə bir detal yadımdadır ki, o, bizdən daha çox qonorar alırdı (gülür). Bilirsiniz, yaddaşımla əlaqədar olaraq çox az şey xatırlayıram. Təxmini sujet yadımdadır, bir onu bilirəm ki, sonda Təhminə ölür və mən kiməsə zəng vurub nəsə deyirəm. Bundan artığını xatırlamıram. Həmin filmin özünəməxsus romantikası var idi.
- Bakıya, oradakı köhnə dostlarınıza nə demək istərdiniz?
- Bakı mənim sevimli şəhərimdir, mən orada doğulmuşam, uşaqlığım oradadır. İnsanlara gəldikdə isə... Salamımı çatdırın deyəcəyim dostlarım bu gün həyatda yoxdur.
- Rüstəm İbrahimbəyov da öldü, Rasim Ocaqov da...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır





