Texnologiya

​“WhatsApp”da bu da mümkün olacaq - FOTO

25 May 2025 00:25
Baxış: 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səsli söhbət funksiyası istənilən ​"WhatsApp" qrupları üçün əlçatan olub.

Milli.Az xəbər verir ki, bu barədə vatsap tərtibatçılarının bloqunda bildirilir.

​"WhatsApp" iştirakçıların maksimum sayını 1024-ə çatdıraraq audio söhbət funksiyasının genişləndirilməsini elan edib. Əvvəllər bu funksiya yalnız 32-256 nəfərlik qruplar üçün əlçatan idi.

Standart qrup zənglərindən fərqli olaraq, audio çat "açıq otaq" formatında fəaliyyət göstərir və istifadəçilərə istənilən vaxt söhbətə qoşulub ayrılmağa imkan verir. 

"Audio çata başlamaq üçün çatın aşağı hissəsinə keçin, yuxarı sürüşdürün və bir neçə saniyə saxlayın. İştirakçılar audio çatın başlaması ilə bağlı audio və ya digər bildirişlər almayacaq və istənilən vaxt qoşula və ya çıxa biləcəklər", - tərtibatçıların bəyanatında deyilir.

Qeyd olunur ki, ​"WhatsApp"da səsli söhbətlər, eləcə də zənglər və mesajlar başdan-ayağa şifrələmə ilə qorunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.