Şəkər xəstəliyi ilə bağlı sensasiyalı KƏŞF
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aralıq dənizi pəhrizinin kalori məhdudiyyəti, müntəzəm fiziki aktivlik və peşəkar dəstəklə birləşdirilməsi II tip şəkərli diabetin inkişaf ehtimalını 31% azaldır.
Milli.Az-ın məlumatına görə, bu barədə "Science Daily" elmi jurnalında dərc olunan araşdırmada qeyd olunur.
Harvard Universitetinin professoru Frank Hu bildirib ki, hazırda dünya qlobal şəkərli diabet epidemiyası ilə üz-üzədir.
"Yüksək səviyyəli sübutlara əsaslanan bu araşdırmamız göstərir ki, pəhriz və həyat tərzində kiçik və davamlı dəyişikliklər bu xəstəliyin qarşısını almağa qadirdir", - deyə o qeyd edib.
Araşdırma Avropada qidalanma və həyat tərzi üzrə ən böyük klinik layihə olan "PREDIMED-Plus" çərçivəsində aparılıb. Araşdırmada 55-75 yaş arası, artıq çəkili və metabolik sindromlu, lakin şəkərli diabet diaqnozu qoyulmamış 4276 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb: birinci qrup ənənəvi pəhrizə riayət edib, ikinci qrup isə həmin pəhrizi kalori məhdudiyyəti, orta intensivlikdə fiziki fəaliyyət (gəzinti və güc məşqləri daxil olmaqla) və çəki azaldılması üzrə mütəxəssislərin dəstəyi ilə birləşdirib.
Altı illik müşahidədən sonra məlum olub ki, kompleks yanaşmadan istifadə edən qrupda diabetə tutulma riski nəzarət qrupu ilə müqayisədə, demək olar ki, üçdə bir nisbətində azalıb. Bundan əlavə, bu qrupun iştirakçıları orta hesabla 3,3 kq arıqlayıb və bel ölçüləri 3,6 sm azalıb. Digər qrupda isə bu göstəricilər müvafiq olaraq cəmi 0,6 kq və 0,3 sm olub.
Navarra Universitetinin professoru Migel Martinez-Gonzales əldə edilən nəticələrin əhəmiyyətini vurğulayıb.
"Əslində, kalori nəzarəti və fiziki aktivliyin Aralıq dənizi pəhrizinə əlavə edilməsi hər 100 nəfərdən təxminən 3-də diabetin inkişafının qarşısını aldı", - o bildirib. /"Report"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)





