Şou-biznes

"Bakıda müğənni, meyxanaçı, aparıcı qalmayıb, hamısı bu toydadır" - YENİLƏNİB - FOTO

29 Avqust 2025 21:44
Baxış: 21 933
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

21:44

Müğənni Şəbnəm Tovuzlu Rusiyadakı hava limanında 6 saat saxlanıldıqdan sonra nəhayət dəvət aldığı toy məclisinə yola düşə bilib.

Musavat.com xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb.

Şəbnəm Tovuzlu bildirib ki, sözügedən məclisə Azərbaycandan xeyli sayda müğənni, meyxanaçı və aparıcı dəvət olunub:

"Artıq hər şey qaydasındadır, biz Tolyatti şəhərindəyik. Məlum olduğu kimi, hava limanında bizi pasport yoxlanışına görə xeyli saxladılar, bir az da incitdilər. Yəni, yoxlanışlar gedir. Təkcə biz deyil, hər kəsə tətbiq olunur. Namiq Qaraçuxurlu 11 saat, biz isə 6 saat gözləməli olduq. Bakıda demək olar ki, müğənni, meyxanaçı, aparıcı qalmayıb, hamı bizim gəldiyimiz bu toya dəvət alıb - 4 aparıcı, 10 müğənni və sairə", - deyə müğənni açıqlayıb.

Xatırladaq ki, son günlərdə bir sıra tanınmış sənətçilər, o cümlədən Nadir Qafarzadə və Şəbnəm Tovuzlu Rusiya hava limanlarında saatlarla saxlanılmalarından şikayətləniblər.

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, bu, xüsusi olaraq azərbaycanlı müğənnilərə qarşı tədbir deyil:

"Sadəcə Rusiya ərazisinə buraxılmadan öncə əlavə yoxlamadır və ümumən ölkədəki faktiki hərbi vəziyyətlə bağlıdır".

--------
14:18


Müğənni Şəbnəm Tovuzlunun başına iş gəlib. 
 
Milli.Az xəbər verir ki, aparıcı Çinarə Əliyevanın əri və köməkçisi ilə Rusiyaya yollanan ifaçı ölkəyə buraxılmayıb.

Bu barədə məlumatı sənətçi özü sosial şəbəkə hesabında verib.
 
Onlar 6 saatdır hava limanında qalıblar və Rusiyaya buraxılmayıblar.
 

Musa

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.