Dünya

Bu qəpiklər tədavüldən çıxarılır

25 May 2025 18:57
Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci ilin sentyabrından etibarən 1 sent nominallı avro sikkələrin istehsalı və tədavülü dayandırılacaq.

Milli.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bank bu qərarını sikkənin maya dəyərinin nominal dəyərini üstələməsi ilə izah edib.

Qərarda göstərilir ki, avronun ən kiçik sikkəsinin dövriyyədən çıxarılması transaksiyaların asanlaşmasına və bankların işinin yüngülləşməsinə kömək edəcək. Vahid valyuta məkanında bundan sonra ən kiçik nominallı pul 5 sent olacaq. Sentyabrdan etibarən qiymətlər də tədricən 5 sentə uyğun yuvarlaqlaşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.